"İnter" və "Qarabağ"ın sabiq futbolçuları çempion oldular VİDEO
18:24 - 25 Aprel 2016
"Dinamo" çempionluğu rəsmiləşdirdi
Tbilisi "Dinamo"su sona 4 tur qalmış Gürcüstan çempionu olub.
Sportal.az xəbər verir ki, Tbilisi təmsilçisi XXXVI turda "Kolxeti" üzərində 3:1 hesablı qələbə qazandığı görüşdən sonra qızıl medalları təmin edib. "Dinamo" bu qələbə sayəsində ən yaxın izləyicisi "Samtredia"nı 13 xal üstələyib. Bu "Dinamo"nun Gürcüstan çempionatları tarixində 16-cı çempionluğudur.
Bakı "İnter"inin sabiq futbolçuları Aleksandr Amisulaşvili, Aleksandr İaşvili və Mikel Alvaro, "Qarabağ"In sabiq hücumçusu Nikolas Gelaşvili hazırda "Dinamo"nun forması geyinir.