"İnter" - "Qarabağ" və "Neftçi" - "Qəbələ" matçları rəqəmlərin gözü ilə

00:37 - 26 Aprel 2016

İki dəfə "İnter" mərhələ adlayıb
 
Bu həftə Azərbaycan kubokunda 1/2 final mərhələsinə start veriləcək.
 
Sportal.az xəbər verir ki, aprelin 27-də kubok uğrunda mübarizəni davam etdirən komandalar ilk 1/2 final oyunlarına çıxacaq. Peşəkar Futbol Liqasının rəsmi internet saytı üz-üzə gələcək cütlərin kubok yarışlarındakı əvvəlki duellərinin balansını təqdim edir.
 
Azərbaycan kuboku, 1/2 final, ilk oyunlar
 
27 aprel (çərşənbə)
 
16. “İnter” – “Qarabağ” - 5 oyun, +2=1-2, top fərqi 5:4
 
Kubokda 3 dəfə yolları kəsişən komandalar 5 oyunda qüvvələrini sınayıblar. 1/8 və 1/4 finala təsadüf edən duellərdə iki oyunun yekununda “İnter” qalib gəlib. Yeganə final matçında isə “Qarabağ” üstün olub. 7 ildən sonra bu yarışda üz-üzə gələn komandalar ilk dəfə yarımfinalda münasibətlərini aydınlaşdıracaq. Əvvəlki oyunlara nəzər salsaq, “İnter” evdə quru hesablı qələbə qazanıb, “Qarabağ” isə öz meydanını qolsuz tərk etməyib.
 
2004/05, 1/8 final
 
Qarabağ (Ağdam) - İnter (Bakı) 1:0, 0:2
 
2007/08, 1/4 final
 
Qarabağ (Ağdam) - İnter (Bakı) 2:2, 0:1
 
2008/09, final
 
İnter (Bakı) - Qarabağ (Ağdam) 0:1
 
 
 
17. “Neftçi” – “Qəbələ” - 1 oyun, +0=1-0, top fərqi 1:1
 
İndiyədək kubokda yolları yalnız 1 dəfə kəsişən komandalar iki il əvvəl finalda qarşılaşıblar. Heç-heçə başa çatan matçın taleyini penaltilər seriyası həll edib. Daha dəqiq olan “Neftçi” kubokun sahibi olub.
 
2013/14, final
 
Qəbələ - Neftçi (Bakı) 1:1, pen. 2:3

Xəbər xətti