Sportal.az xəbər verir ki, komanda məşqləri sabah Bakıda bərpa edəcək. Çempionatın XXXII turunda Gəncədə “Rəvan”ı qəbul edəcək “sarı-göylər” aprelin 28-nə kimi paytaxtda hazırlıq keçəcək. Nizami yurdunun təmsilçisi ayın 29-da isə doğma şəhərə qayıdacaq. Komandanın Bakı klubu ilə oyundan öncəki məşqi həmin gün Gəncə şəhər stadionunda keçiriləcək. Hazırlıq prosesi saat 16:00-da başlayacaq, azarkeşlər və mətbuat üçün açıq olacaq.