Vəli Qasımov: "Onun olmamasına görə, müdafiədə çox əziyyət çəkdik"

21:45 - 27 Aprel 2016

"Mən daha çox komandamızda səhvlər axtarıram"
 
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Neftçi” – "Qəbələ” oyunu 1-1 hesablı bərabərliklə başa çatıb.
 
Sportal.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Neftçi”nin baş məşqçisi Vəli Qasımov fikirlərini bildirib: "İlk hissədə çox zəif oynadıq. İkinci hissədə isə qol imkanları yaratdıq. Erik Ramosun olmamasına görə, müdafiədə çox əziyyət çəkdik.”
 
- Son oyunlarda qapıçı dəyişikliyinə yol verirsiniz. Bunun səbəbi nədir?
- Qapıçılarımızın hər ikisi oynamalıdır. Burda hər hansı problem görmürəm. 
 
- Hakimin qərarlarından razısınızmı?
- Hakimlik haqqında danışmaq istəmirəm. Hamıda səhvlər olur. Mən daha çox komandamızda səhvlər axtarıram.
 
- Ayltonu ehtiyatda saxlamağınız və sonradan meydana buraxmağınız nə ilə bağlı idi?
- Çox risk etmək istəmədim. Erik Ramosun olmaması müdafiəmizdə problem yaradır. Aylton da hücumameyilli futbolçu olduğu üçün risk etmək istəmədim.  

Xəbər xətti