"Kəpəz" Bakı hazırlığını tamamladı

18:30 - 28 Aprel 2016

Komanda sabah Gəncəyə yollanacaq
 
Premyer Liqanın 32-ci turunda Gəncə şəhər stadionunda “Rəvan”ı qəbul edəcək “Kəpəz” dünəndən qarşıdakı matçın hazırlığına başlayıb. 
 
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi Bakıda məşq edib. Komandanın bir müddət zədəli olan futbolçusu Namiq Ələsgərovun durumu yaxşılaşdığından o, artıq qrup halında məşqlərə qoşulub. Bundan öncə üç gün həkim nəzarəti altında fərdi qaydada hazırlaşan Ələsgərov əsasən bərpaedici məşqlər üzərində işləyib.
 
Bu gün Bakı hazırlığını tamamlayan “Kəpəz” sabah Gəncəyə gedəcək. Komandanın “Rəvan”la oyundan öncəki məşqi görüşə ev sahibliyi edəcək arenada keçiriləcək.

Xəbər xətti