KİV nümayəndələri də tədbirə dəvətlidir
Hakimlər Komitəsi yeniliyə imza atacaq.
Sportal.az xəbər verir ki , Premyer Liqanın və Azərbaycan Kubokunun görüşlərindən sonra hakimlərin qərarlarını müzakirə etmək üçün toplantılar keçirən qurum bu dəfə tədbirə KİV nümayəndələrini də dəvət etməyi lazım bilib. Budəfəki toplantı media nümayəndələri üçün açıq olacaq.
Hər həftə baş tutan toplantı zamanı turda idarəçilik etmiş hakimlər iştirak edir, onların verdikləri qərarlar videoçarxlarla müzakirə olunur.
Azərbaycan Kubokunun 1/2 final mərhələsinin və Premyer Liqanın XXXI turunun görüşlərində verilən qərarlar sabah saat 16:00-da AFFA-nın inzibati binasında reallaşacaq ənənəvi toplantı zamanı müzakirəyə çıxarılacaq.
Müzakirələrdən sonra Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun və hakimlərin mətbuat konfransı keçirməsi nəzərdə tutulub.
saytlarin hazirlanmasi