Kipr çempionu məlum oldu
Kipr çempionatının qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, APOEL ardıcıl 4-cü il ölkə çempionu olub. Georgios Kostisinin yetirmələri öz meydanında AEK-ə qalib gələrək, sona 2 tur qalmış qızıl medalçı olmalarını rəsmiləşdiriblər. Nikosiya təmsilçisinin ən yaxın izləyicisi məhz Larnaka təmsilçisi idi ki, onu 7 xal qabaqlaması çempionluq üçün yetərli olub.
Bu, APOEL-in tarixində 25-ci çempionluğudur. Komanda Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizə aparmaq hüququ qazanıb ki, Azərbaycan çempionu da turnirə həmin vaxt qatılacaq.
saytlarin hazirlanmasi