Xaqani Məmmədov Rəşad Sadiqovu təhqir etdi

18:09 - 29 Aprel 2016

"Bu, qəsdən edilmiş hərəkət idi"
 
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov "Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqovu təhqir edib.
 
Sportal.az xəbər verir ki, Məmmədov "Neftçi” ilə oyundan sonra Sadiqovun verdiyi açıqlamalardan narazılığını gizlətməyib:
 
"Sadiqov aldığı ikinci sarı vərəqəyə görə narazılıq etməkdə haqsızdır. O, qələt edir. Hakimin qərarı yüzdə yüz doğru idi. Təkrardan da görünür ki, onun əli topun qarşısını kəsir. Bu, qəsdən edilmiş hərəkət idi”. 

Xəbər xətti