"O, bəzi dırnaqarası futbol mütəxəssislərindən daha yaxşıdır"
"Bəzi KİV-lər qərəzli yazır, bəziləri müdafiə edirlər. Savadlı şərhlər verənlər, yazanlar var. Təklif edirəm ki, ayda bir dəfə jurnalistlərlə görüşək, futbol qaydalarından danışaq".
Sportal.az xəbər verir ki, bu sözləri Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov jurnalistlər və hakimlərlə görüşündə bildirib.
Xaqani Məmmədov daha sonra sözlərinə belə davam edib:
"CBC Sport"un şərhçilərindən Rövşən Binnətli, Pərviz Musayev və Gündüz Abbaszadəni xüsusilə qeyd edərdim. Həqiqətən də oyun zamanı epziodları yaxşı qiymətləndirirlər. Onların qarşısında baş əyirəm. Həmçinin "Xəzər TV"-də "Futbol Saatı" verilişinin aparıcısı Ceyhun Rzayevi də bu siyahıya əlavə edirəm. O, bəzi dırnaqarası futbol mütəxəssislərindən daha yaxşıdır".
saytlarin hazirlanmasi