İsveçrədə mövsümün qalibi məlum oldu
İsveçrədə 2015/16 mövsümünün qalibinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, super Liqanın XXXI turunda "Bazel” doğma meydanında "Sion”u 2-1 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində Bazel təmsilçisi xallarının sayını 76-ya çatdırıb və çempionatın sonuna 5 tur qalmış ən yaxın rəqibi olan "Yanq Boyz”u 16 xal geridə qoyaraq çempionluğunu rəsmiləşdirib.
Qeyd edək ki, bu "Bazel”in sayca 19-cu, arıcıl 7-ci çempionluğudur.
saytlarin hazirlanmasi