Yarımfinal mərhələsinin cavab matçı Çakıra həvalə olundu
UEFA türkiyəli referi Cüneyt Çakıra növbəti təyinat verib.
Sportal.az xəbər verir ki, FİFA referisi Cüneyt Çakır Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında üz-üzə gələcək "Bavariya" - "Atletiko" Madrid matçını idarə edəcək. Çakırın köməkçiləri Cem Satman və Tarık Ongün olacaq. Dördüncü hakim isə Serkan Ok olacaq. Qapı hakimləri isə Hüseyn Gökçek və Barış Şimşəkdir.
Qeyd edək ki, “Bavariya” – “Atletiko” matçı 3 may, saat 22:45-də baş tutacaq.
saytlarin hazirlanmasi