Uzun müddətdən sonra qol vurdu
Azərbaycan Premyer Liqasının XXXII turunda "İnter Arena”da baş tutan "İnter” – "Sumqayıt” matçında 2:2 hesabı qeydə alınıb.
Sportal.az xəbər verir ki, qarşılaşma "Sumqayıt”ın üzvü Vaqif Cavadov üçün əlamətdar hadisə ilə yadda qalıb. Azərbaycan milli komandasının sabiq üzvü Premyer Liqada uzun müddətlik qol həsrətinə son qoyub. Sonuncu dəfə 2013/14 mövsümündə may ayının 2-də "İnter”də çıxış edərkən "Sumqayıt”la matçda fərqlənən futbolçu 730 günlük qol həsrətinə son qoyub.
Qeyd edək ki, Cavadovun uzun müddətlik qol həsrəti legioner həyatı yaşaması ilə bağlı olub. "İnter”dən ayrıldıqdan sonra Türkiyə PTT Liqasında mübarizə aparan "Qaziantep BB” və "Boluspor” komandalarında forma geyinən Cavadov mövsümün ilk yarısını "Qəbələ”də keçirib. Cavadov 2014-cü ildə vurduğu qoldan sonra Premyer Liqada 16 qarşılaşmada iştirak edib.
saytlarin hazirlanmasi