Komanda hazırlıqlara start verib
Premyer Liqanın XXXIII turunda "Kəpəz”i qəbul edəcək "Xəzər Lənkəran” matçın hazırlığına dünən start verib.
Sportal.az xəbər verir ki, cənublular doğma meydanda məşqlərə başlayıb. Elbrus Məmmədovun komandasının Gəncə təmsilçisi ilə matça itkisiz çıxacağı gözlənilir. Belə ki, İlyas Səfərzadə artıq sağalıb. Ötən tur səhhətindəki problemə görə, AZAL-a qarşı oynaya bilməyn müdafiəçi "Kəpəz"lə matçda meydana çıxa biləcək.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Kəpəz" oyunu mayın 7-də baş tutacaq.
saytlarin hazirlanmasi