Təbriz klubu doğma meydanda üzüldü

01:00 - 4 May 2016

ÇL-də sonuncu oyunu
 
Asiya Çempionlar Liqasında qrup mərhələsinin son turunun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Cənubi Azərbaycanın "Traktor Sazi" klubu evdə Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Hilal"ı qəbul edib. Artıq qrup liderliyini təmin edən "Traktor Sazi" üçün bu görüş formal xarakter daşıyıb. Bu oyunda Təbriz təmsilçisi 1:2 hesabı ilə uduzub.
 
Qeyd edək ki, "Traktor Sazi" 12 xalla turnir cədvəlinin 1-ci pillədə başa vurub. "Əl Hilal" isə  qrup mərhələsini 11 xalla ikinci pillədə yer alıb. Hər iki komanda növbəti mərhələyə yüksəlib. 

Xəbər xətti