"Bizim bütün milli komandalarımız bu struktur üzərində çalışır"
17 yaşadək futbolçular arasında Bakıda təşkil oluanan Avropa çempionatında Azərbaycan yığması ilk oyununu keçirib. Millimiz Olimpiya Stadionunda Portuqaliya milli komandasına 5-0 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında Portuqaliya millisinin baş məşqçisi Elio Souza fikirlərini bildirib:
- Böyükhesablı məğlubiyyəti Şotlandiya ilə oyunöncəsi məşq hesab etmək olarmı?
- Əlbəttə ki, yox. Bütün rəqiblərə hörmətlə yanaşırdıq. Azərbaycan çox güclü rəqib hesab edirdik. Sadəcə, futbolçularımız oyuna çox yaxşı hazırlaşmışdıq. Şansımız gətirdi ki, ilk dəqiqələrdə qollar vurduq. Bundan sonra daha rahat oynadıq.
- Azərbaycan millisindən belə çətin oyun gözləyirdiniz? Bir il öncə millimizlə yoxlama oyununda qarşılaşmışdınız. Millimiz həmin oyunla müqayisədə necə təsir bağışladı?
- Biz Azərbaycanın oyununu təhlil etmişdik. Düşündüyümüz kimi, qarşılaşma oldu. İkinci sualınıza gəlinmcə, ötən il komandanın baş məşqçisi mən deyildim. Onu deyə bilərəm ki, biz ötən il çox zəif çıxmışdıq.
- Açılış oyunu olduğuna görə ikinci hissədə millimizə güzəşt etdinizmi?
- Bu gün oyunçularımız fərqli atmosferə düşmüşdülər. Düşünmürəm ki, biz Azərbaycan millisinə güzəşt etdik. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq.
- Bu cür uğurlu nəticə qazanmaq üçün azərbaycanlı həmkarınıza nə məsləhət verə bilərsiniz?
- Mən həmkarıma heç bir məsləhət verə bilmərəm. Bizdə fərqli struktur var. Bizim bütün milli komandalarımız bu struktur üzərində çalışır. O ki, qaldı sizin baş məşqçiyə məsləhət verməyimə, mən sizin ölkənizdəki strukturla tanış deyiləm. Buna görə də, heç bir məsləhət verə bilmərən.
saytlarin hazirlanmasi