"Simurq"un sabiq məşqçisi
Ukraynalı baş məşqçi Sergey Yuran Ermənistanın "Mika” klubundan ayrılıb.
Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis Ermənistan kubokunun finalında "Banants”a məğlubiyyətdən sonra (2-0) vəzifəsindən göndərilib. Yuranla yanaşı komandanın prezidenti Xoren Oqanesyan da klubdan ayrılıb.
Qeyd edək ki, Yuran bu ilin yanvar ayından Ermənistan klubunda çalışırdı. O, 2011/12 mövsümündə Azərbaycanın "Simurq” klubunun baş məşqçisi olmuşdu.
saytlarin hazirlanmasi