"Əlincə" gümüş medallara sahib oldu VİDEO

13:29 - 6 May 2016

"Əlincə"nin U-16 komadası
 
“Əlincə”nin 16 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionatının gümüş medallarını qazanıb.
 
Sportal.az xəbər verir ki, Vasif Haqveriyevin yetirmələri medallara son turda səfərdə "Sumqayıt"la keçirdiyi oyunda sahib çıxıb. 0:0 hesabı ilə bərabərə qalan "Əlincə" 28 oyundan sonra xal hesabını 65-ə çatdırıb. Bununla da “Əlincə” çempionatı ən yaxın izləyicisi “Neftçi”dən 1 xal öndə bitirib və U-16 Liqasında II yeri tutub.
 
Xatırladaq ki, “Əlincə” 2012/2013 mövsümündə keçirilən U-15 Liqasında da gümüş medallara sahib çıxmışdı.
 

Xəbər xətti