Gəncə təmsilçisi oyuna itki ilə çıxacaq
Premyer Liqanın XXXIII turunda səfərdə “Xəzər Lənkəran” ilə qarşılaşacaq “Kəpəz” dünən Lənkərana yollanıb. Zədəli Ceyhun Cavadov səfərə aparılmayıb. Komanda oyundan öncəki məşqini matçın reallaşacağı arenada keçirib.
Sportal.az xəbər verir ki, qarşıdakı oyunla bağlı “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev kapazpfc.az saytına fikirlərini bölüşüb:
"Kərim Diniyevin cəzasını başa vurub komandaya kömək edə bilməsi xeyrimizədir. Bilirsiz ki, hər tur futbolçularımızdan kimsə cəza və ya zədəyə görə oyunu buraxmaq məcburiyyətində qalır. “Xəzər Lənkəran”ın turnir cədvəlində mövqeyi yaxşı deyil. Onlara da xal çox lazımdır. Səfərdən qələbə ilə qayıtmaq borcumuzdur. Bura kimi gəlmişiksə, bütün gücümüzü meydanda qoymalıyıq. Amma bizə asan olmayacaq. Rəqib son vaxtlar qələbə qazanmasa belə qələbəyə layiq oyun nümayiş etdirir. Şanslar bərabərdir. Lənkəranlılarla oyundan sonra bizi daha ağır yarış qrafiki gözləyir”.
saytlarin hazirlanmasi