Cavid Hüseynov jurnalistlərə müraciət etdi

13:43 - 7 May 2016

"Bütün jurnalistləri mayın 11-də keçiriləcək məhkəmə prosesinə dəvət edirəm"
 
“Qəbələ”nin həbsdə olan futbolçusu Cavid Hüseynov jurnalistlərə müraciət edib.
 
Sportal.az xəbər verir ki, futbolçu anası vasitəsi ilə etdiyi müraciətdə 10 aydır günahsız yerə azadlıqdan məhrum olunduğunu yazıb.
 
“Mən qatil deyiləm, futbolçuyam. Məni olduğum kimi qəbul edin. Bütün jurnalistləri mayın 11-də keçiriləcək məhkəmə prosesinə dəvət edirəm. Həmin gün mən ifadə verəcəm. Xahiş edirəm, həqiqəti yazın”.
 
Qeyd edək ki, C.Hüseynovun adı jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işində keçir.

Xəbər xətti