"Yəqin futbolçularım "Qarabağ”a qarşı özlərini göstərmək istəyirdilər"
Azərbaycan Premyer Liqasının XXXIII turunda "Qarabağ” – "Sumqayıt” oyunu baş tutub. Qarşılaşma "Qarabağ”ın 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Sportal.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Sumqayıt”ın baş məşqçisi Samir Abasov fikirlərini bildirib:
"Öncədən "Qarabağ”ı çempionluq münasibətiylə təbrik edirəm. Oyuna gəlincə "Qarabağ”ın gücünü bilirdik. Çalışırdıq qol buraxmayaq. Buraxdığımız bir səhv oyunun nəticəsini həll etdi. Komandamın oyununda razıyam. "İnter”lə oyunda bu günkü kimi oynamışdıq. Yəqin futbolçularım "Qarabağ”a qarşı özlərini göstərmək istəyirdilər”.
- Mövsümün sonunda komandadan kimlər gedəcək?
- İstəyirik ki, yayda bir neçə futbolçu ilə güclənək. Gələnlərin sayına görə, gedən futbolçularımız da olacaq.
- Yayda komandaya legioner cəlb olunacaq?
- Bu rəhbərliyə verilməli sualdır. Əlbəttə, istəyirik ki, legioner futbolçu ilə güclənək. Yayda bütün bunlara aydınlıq gələcək.
saytlarin hazirlanmasi