Nazarovun oynamadığı matçda "Karlsrue" məğlub oldu

19:33 - 8 May 2016

"Leypziq" Bundesliqada
 
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Karlsrue” klubu Almaniya II Bundesliqasında növbəti matçına çıxıb.
 
Sportal.az xəbər verir ki, Nazarovun komandası 33-cü turda səfərdə "Leypziq"lə qarşılaşıb. Qarşılaşma meydan sahiblərinin 2-0 hesablı qələbəsi ilə başa çatıb.  Milli komandamızın futbolçusu oyunu ehtiyat oyunçular skamyasından izləyib.
 
Qeyd edək ki, "Leypziq" qələbə sayəsində Bundesliqaya yüksəlib.

Xəbər xətti