"Neftçi"nin sabiq futbolçusu qol vurdu, Təbriz klubu qələbə qazandı

00:31 - 9 May 2016

Tehranda qazanılan qələbə
 
İran çempionatında 29-cu tura yekun vurulub.
 
Sportal.az xəbər verir ki, Təbrizin "Traktorsazi" klubu Tehranda "İstiqlal"la qarşılaşıb. Oyun Təbriz təmsilçisinin 3:2 hesablı qələbəsiylə nəticələnib. Matçda "Traktorsazi"nin qollarından birinə "Neftçi"nin sabiq futbolçusu Karlos Kardoso imza atıb.
 
Hazırda hesabında 48 xal olan "Traktorsazi" 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti