Yaşıl meydanlarda növbəti ölüm hadisəsi

14:57 - 9 May 2016

Futbolçunun həyatını xilas etmək mümkün olmayıb
 
Yaşıl meydanlarda daha bir ölüm hadisəsi yaşanıb.
 
Sportal.az xəbər verir ki, Braziliyanın "Friburquense” klubunun futbolçusu Bernardo Ribeyronun oyun zamanı ürəyi dayanıb.  26 yaşlı yarımmüdafiəçi təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Xatırladaq ki, iki gün öncə Rumıniyanın "Dinamo” klubunun futbolçusu Patrik Ekeng "Vitrolul”la matçda ürək tutmasından vəfat etmişdi.

Xəbər xətti