"Neftçi" ilə oyun üçün
Azərbaycan Premyer Liqanın 33-cü turunda səfərdə “Xəzər Lənkəran” üzərindəki qələbədən sonra “Kəpəz” Bakıya qayıdıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, komanda istirahət etmədən dünəndən növbəti turun oyunu üçün hazırlığa başlayıb.
Mayın 11-də Gəncədə “Neftçi”ni qəbul edəcək “sarı-göylər” sabah doğma şəhərə gedəcək. "Kəpəz" oyundan öncəki məşqi matçın keçiriləcəyi şəhər stadionunda keçəcək. Hazırlıq prosesi saat 16:00-da başlayacaq. Məşq mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyacaq.
saytlarin hazirlanmasi