Anyete Migel Bedoyanı rəhbərliyə məsləhət görüb
“Neftçi”nin ispaniyalı futbolçusu Antonio Quinta Salas (Anyete) sabiq komanda yoldaşını yanına gətirmək istəyir.
Sportal.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun həmyerlisi, “Levski”də çıxış edən Migel Bedoya ölkəmizə gələ bilər. Anyete onu klub rəhbərliyinə məsləhət görüb. Mövsümün sonunda Sofiya klubu ilə müqaviləsi bitən Bedoya da Boqlarıstanda qalmaq istəmir. Onun Bakı klubuna gəlməyə pis baxmadığı, burada daha çox maaş qazanacağı da bildirilir.
saytlarin hazirlanmasi