2021-ci ilə qədər müqavilə imzalandı
"Bavariya" klubu "Benfika"nın 18 yaşlı futbolçusu Renato Sançesi transfer edib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc yarımmüdafiəçi Münhen təmsilçisi ilə 2021-ci ilə qədər müqavilə imzalayıb. Portuqaliya millisinin üzvü olan Renatonun transferi "Bavariya"ya 35 milyon avroya başa gəlib.
Qeyd edək ki, Renato Sançes bu mövsüm "Benfika"nın heyətində keçirdiyi 46 matçda 6 qol vurub.

saytlarin hazirlanmasi