"Borussiya"nın futbolçusu rəsmən "Bavariya"da

14:50 - 10 May 2016

2021-ci ilə qədər müqavilə imzalandı
 
"Bavariya" klubu "Borussiya" Dortmundun futbolçusu Mats Hummelsi transfer edib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi Münhen təmsilçisi ilə 2021-ci ilə qədər müqavilə imzalayıb. Almaniya millisinin üzvü olan Hummelsin transferi "Bavariya"ya 38 milyon avroya başa gəlib.

Xəbər xətti