Cavadov "Neftçi" ilə də oyunu buraxacaq
Azərbaycan Premyer Liqasının XXXIV turunda Gəncə şəhər stadionunda “Neftçi”ni qəbul edəcək “Kəpəz” bu gün Nizami yurduna gəlib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda matçın keçiriləcəyi arenada saat 16:00-da məşqə çıxıb.
İsinmə hərəkətlərinin yerinə yetirilməsi illə başlayan hazırlıq prosesi təxminən 1 saat çəkib. Yüngül xarakter daşıyan məşq toplu çalışmalarla davam edib.
“Kəpəz”in zədəli futbolçusu Ceyhun Cavadov sağalmadığından yarımmüdafiəçi Gəncəyə gətirilməyib. Bu o deməkdir ki, Cavadov “Neftçi” ilə də oyunu buraxacaq.
Qeyd edək ki, “sarı-göylər”in hazırlığını 100-ə yaxın azarkeş izləyib.
saytlarin hazirlanmasi