Prokuror Cavid Hüseynova 4 il iş istəyib

13:13 - 11 May 2016

"Niyə belə oldu, axı biz səninlə danışmışdıq"
 
Bu gün Səbail Rayon Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
 
Sportal.az "Report"a istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şahid Aydın Mahmudov ifadə verib. 
 
A.Mahmudov R.Əliyevin yanında olarkən C.Hüseynovun klubun meneceri Səbuhi Səfiyarlı ilə birgə xəstəxanaya gəldiyini deyib:
 
"Orada Cavid Rasimlə söhbət etdi. "Niyə belə oldu, axı biz səninlə danışmışdıq" dedi. 
 
Prokuror futbolçuya 4 il iş istəyib.
 
Vəkil Adəm Məmmədov müdafiə çıxışı üçün vaxt istəyib.
 
Məhkəmənin növbəti prosesi mayın 16-na təyin olunub.

Xəbər xətti