Kolumbiyada keçiriləcək çempionatda
Futzal üzrə dünya çempionatının final mərhələsinin bütün iştirakçıları bəlli olub.
Sportal.az xəbər verir ki, Şimali və Mərkəzi Amerika, Karib dənizi hövzəsi Konfederasiyasının (KONKAKAF) çempionatında yarımfinala vəsiqə əldə edən Panama, Kuba və Qvatemala da mundialda oynamaq hüququ qazanıb.
Beləliklə, sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyada keçiriləcək final mərhələsinə vəsiqə qazanan 24 millinin adına aydınlıq gəlib. Final mərhələsində aşağıdakı millilər mübarizə aparacaq:
Kolumbiya, Braziliya, Argentina, Paraqvay, Panama, Qvatemala, Kuba, Özbəkistan, İran, Tayland, Avstraliya, Vyetnam, Solomon adaları, Misir, Mərakeş, Mozambik, Azərbaycan, Qazaxıstan, Rusiya, Ukrayna, İspaniya, Portuqaliya, İtaliya, Kosta-Rika.
saytlarin hazirlanmasi