İsveçli hakimlər briqadası
Avropa Liqasının finalında keçiriləcək "Liverpul" - "Sevilya" oyununa hakim təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, qarşılaşmanı isveçli Yonas Eriksson idarə edəcək.
Ona Matias Klasenius və Daniel Varnmark kömək edəcək. Dördüncü hakim funksiyasını isə Sevein Moen yerinə yetirəcək.
Qeyd edək ki, "Liverpul" - "Sevilya" görüşü mayın 18-də keçiriləcək.
saytlarin hazirlanmasi