"Çətin olsa da bunu bacardıq
Premyer Liqanın 34-cü turu çərçivəsində "Sumqayıt" doğma meydanda "Rəvan"ı 3 - 1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra "kimyaçılar"ın baş məşqçisi Samir Abasov oyun haqda fikirlərini bildirib:
"Sumqayıt" son oyunlar yaxşı oynayır. Futbolçularımı təbrik edirəm. Uşaqlara dedim ki, belə gərgin oyunlar olur. "Comeback" etmək çətin olsa da, bunu bacardıq".
- Pərdis son oyunlar yaxşı formadadır. Onu saxlamaq fikriniz var?
- Gələcəyimiz bilinmir. Bu haqda heç nə bilmirik.Hələ ki, qərar verməmişik.
- Xəyal Nəcəfov və Nicat Muxtarov sanki həyəcanlı idilər...
- Xəyal və Nicata şans verməliyik. Onlar bişməlidir. Hər iksinə güvənirəm.
saytlarin hazirlanmasi