Seleznyov ölkəmizdən təklif alıb
Ukrayna milli komandasının üzvü Yevgeni Seleznyov karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportal.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Ukrayndan olan həmkarlarımızın iddiasına görə, Rusiyanın "Kuban” klubundan ayrılan forvard karyerasını 3 ölkədə davam etdirə bilər. Həmin ölkələrin siyahısında Azərbaycanın da adı var.
Qeyd edək ki, 30 yaşlı hücumçu karyerası ərzində Ukraynanın "Şaxtyor”, "Arsenal” və "Dnepr” kimi tanınmış klublarında çıxış edib. O, bu ilin əvvəlində "Kuban”a transfer olunub.
Onu da bildirək ki, Sleznyov karyerası ərzində bir neçə titul qazanb. O, "Şaxtyor”la birgə UEFA kubokunun qalibi olub. Seleznyov "Dnepr”in heyətində Avropa Liqasının finalında iştirak edib.
saytlarin hazirlanmasi