Bülənt Qorxmazın Bakıya gələcəyi tarix

11:00 - 12 May 2016

Kubokun final matçını izləyəcək
 
Türkiyə milli komandasının və "Qalatasaray”ın əfsanəvi futbolçusu, bir vaxtlar "Bakı”nın baş məşqçisi kimi çalışmış Bülənt Qorxmaz yaxın günlərdə təşrif buyuracaq.
 
Sportal.az xəbər verir ki, son olaraq Türkiyə Super Liqasında mübarizə aparan "Mersin İdman Yurdu” klubunu çalışdırmış Qorxmaz mayın 25-də Bakıya gələcək. O, "Qarabağ” və "Nefçti” komandaları arasında baş tutacaq Azərbaycan kubokunun final oyununu Tofiq Bəhramov adına Respublika Stadionunda izləyənlər arasında olacaq.
 
Qeyd edək ki, Azərbaycan kubokun final matçı 25 may tarixində keçiriləcək.

Xəbər xətti