Uelbekin zədəsi ciddidir
"Arsenal”ın hücumçusu Denni Uelbekin zədələnməsi haqda məlumat vermişdik.
Sportal.az xəbər verir ki, 25 yaşlı forvardın durumu ciddidir. "Mançester Siti” ilə matçda (2:2) dizindən zədələnən futbolçu 9 ay yaşıl meydanlarda uzaq qalacaq.
Qeyd edək ki, Uelbek bu zədəsinə görə, yayda Avropa çempionatının final mərhələsində İngiltərə yığmasına kömək edə bilməyəcək.
saytlarin hazirlanmasi