Frank de Bur "Ayaks"dan getdi
Hollandiyanın "Ayaks" klubu baş məşqçisi Frank de Burla yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbərə yayıb. "Qrafşap"la oyunda xal itkisi və çempionluğun əldən verilməsi klub rəhbərliyini narazı salıb. Bu səbəbdən Frank de Burla qarşılıqlı razılıq əsasənda yollar ayrılıb.
Qeyd edək ki, 2010-cu ildən "Ayaks"ı çalışdıran Frank de Bur komandasına 4 dəfə Hollandiya çempionluğunu qazandırıb.
saytlarin hazirlanmasi