5:2 hesablı qələbə
Vyananın “Qarabağ” klubu həvəskarlar arasında futbol üzrə Avstriya kubokunun finalına vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, yarımfinalda “Mannsvort” komandasına 5:2 hesabı ilə qalib gələn “Qarabağ” hazırda finaldakı rəqibinin kim olacağını gözləyir. Bu “Admira Texnopol” – “Gersthofer” oyunundan sonra bəlli olacaq. Kubokun final matçı Avstriyanın əsas futbol arenası hesab edilən “Ernst Happele”də oynanılacaq.
Vyananın “Qarabağ” klubu Avstriyanın gücünə görə beşinci liqasında mübarizə aparır. (azersiport.com)
saytlarin hazirlanmasi