Amil Yunanov yubiley qolunu vurdu
“Sumqayıt” Azərbaycan çempionatlarında 150-ci qolunu vurub.
Sportal.az xəbər verir ki, yubiley qolu Azərbaycan Premyer Liqasının XXXIV turunun “Rəvan”la ev matçına təsadüf edib. Bu görüşədək hesabında 148 qol olan sumqayıtlılar 3:1 hesablı əzmkar qələbə ilə 150-ni arxada qoyub. Yubiley qolunu isə 71-ci dəqiqədə komandasını hesabda önə çıxaran Pərdis Fərcad-Azad vurub. Sumqayıtlılar 150-ci qolu Premyer Liqadakı 166-cı matçda vurub ki, bu oyunlarda 252 top buraxıb.
İndiyədək “Sumqayıt”ın 43 futbolçusu qol sevinci yaşayıb. Onlar 148 qol vurubsa, 3 dəfə də rəqiblər avtoqol müəllifi olub. 151 qola ən çox töhfə verən məhz Pərdisdir. Onun hesabında 22 qol var. Məhəmməd Qurbanov 18, Orxan Əliyev 14 dəfə fərqlənibsə, Amil Yunanov 10-cu – yubiley qolunu “Rəvan”la matçda rəqib qapısından keçirib.
saytlarin hazirlanmasi