"Traktor Sazi" 4-cü pillədə
İran çempionatında 2015/2016 mövsümünə yekun vurulub.
Sportal.az xəbər verir ki, Təbrizin “Traktor Sazi” klubu çempionatı 4-cü pillədə başa vurub. Mövsümün sonuncu – 30-cu turunda Ahvaz “Esteqlal”ını qəbul edən təbrizlilər 5:0 hesabı ilə qalib gəlib.
Xalını 51-ə yüksəldən “Traktor Sazi” 4-cü pillədəki yerini qoruyub. Kuzestan “Esteqlal”ı isə İran çempionu olub.
saytlarin hazirlanmasi