Şahin Diniyev: "Futbolda yazılmayan qanun işə düşdü"

20:10 - 15 May 2016

"Mən ulduz futbolçu almaq istəmirəm"

Premyer Liqanın 35-ci turu çərçivəsində keçirilən "Zirə" - "Kəpəz" (2:2) matçından sonra qonaqların baş məşqçisi Şahin Dİniyev mətbut konfransında jurnalistlərin suallarını cavablanırıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis aşağıdakı fikirləri səsləndirib: 

 

"Zirə"ni gümüş medala görə təbrik edirəm. Onlara uğurlar azulayıram. Layilqli mükafatlarına sahib çıxdılar. Ebahın ve Namiq Ələsgərovun zədələnməsi bizə zərbə oldu. Futbolda yazılmayan qanun işə düşdü. Vurmayana vurarlar. Amma bir xalı da pis nəticə hesab etmirəm. Biz iddialı komandayıq. Mövsüm başlayandan 5-6-cı pillədən aşağı düşməmişik. Öz futbolçularıma təşəkkür etdim".

 

- Şahin müəllim, nə çatmadı ki, hesabı qoruya bilmədiniz?

- Müdafiədə soyuqqanlığımız çatmadı. Tərlan Quliyevin yoxluğu da öz sözünü dedi. Bu mövsüm biz yalnız "Qarabağ"ın qarşısında aciz qalmışdıq.

 

- Futbolçular tez-tez yıxılırdı. Bunu yorğunluqla yoxsa meydanın vəziyyəti ilə əlaqələndirək?

- Həm meydan, həm də yorğunluq.

 

- Avrokuboklar üçün heyəti gücləndirəcəksiniz?

- Heyətdən 6 futbolçu göndəriləcək. Mən ulduz futbolçu almaq istəmirəm. Ulduz olmaq istəyən futbolçunu transfer etmək istəyirəm. Həmin futbolçular da yeni mövsüm milliyə dəvət alacaqlar.

- Avrokuboklarda hansı ölkənin klubları ilə qarşılaşmaq istəyərdiniz?

- Top-5 ölkənin klubları ilə üzləşmək istəməzdik. Daha çox şərqi Avropa ölkələrinin klubları olsaydı, yaxşı olardı.

Xəbər xətti