Bonilya cəzalı duruma düşdü
Premyer Liqamızın XXXVI turunda "Zirə" "İnter"lə matça ciddi itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, komandanın ən sərrast futbolçusu Nelson Bonilya bu qarşılaşmada iştirak edə bilməyəcək. Buna səbəb salvadorlu hücumçunun dünən "Kəpəz"lə oyunda sarı vərəqə alaraq cəzalı duruma düşməsi olub.
Qeyd edək ki, "İnter" - "Zirə" qarşılaşması mayın 21-i baş tutacaq.
saytlarin hazirlanmasi