26 futbolçu dəvət edilib
İngiltərə milli komandasının Avropa çempionatı öncəsi keçirəcəyi hazırlıq oyunları üçün heyəti açıqlanıb.
Sportal.az İngiltərə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Roy Hocson milli komandaya 26 futbolçu dəvət edib:
Qapıçılar: Forster Freyzer ("Sauthempton”), Co Hart ("Mançester Siti"), Tom Hiton ("Bernli")
Müdafiəçilər: Rayan Bertran ("Sauthempton"), Qari Keyhill ("Çelsi"), Natanyel Klayn ("Liverpul"), Denni Rouz, Kayl Uolker (hər ikisi "Tottenhem"), Kris Smollinq ("Mançester Yunayted"), Con Stounz ("Everton")
Yarımmüdafiəçilər: Dele Alli, Erik Dayer (hər ikisi “Tottenhem”), Ross Barkli ("Everton"), Fabian Delf, Rahim Sterlinq (hər ikisi "Mançester Siti"), Daniel Drinkuoter ("Lester"), Cordan Henderson, Adam Lallana, Ceyms Milner (hamısı “Liverpul”), Endryu Tounsend ("Nyukasl"), Cek Uilşer ("Arsenal")
Hücumçular: Harri Keyn ("Tottenhem"), Markus Reşford, Ueyn Runi (hər ikisi “Mançester Yunayted”), Daniel Starric ("Liverpul"), Ceymi Vardi ("Lester").
saytlarin hazirlanmasi