"Qarabağ"ın daha bir potensial rəqibi məlum oldu

01:00 - 17 May 2016

"Kopenhagen" Danirmarka çempionudur
 
Danimarka Super Liqasının 2015/16 mövsümünün çempionu bəlli olub.
 
Sportal.az xəbər verir ki, XXX tur çərçivəsində baş tutan oyunda "Norşelland"ı Federiko Santanderin dublu sayəsində 2:0 hesabıyla məğlub edən "Kopenhagen" çempionluğunu rəsmiləşdirib. Bu, paytaxt klubunun ardıcıl 3-cü, ümumilikdə isə 12-ci çempionluğudu.
 
"Kopenhagen" növbəti mövsümdə Danimarkanı Çempionlar Liqasında təmsil edəcək. Paytaxt klubu bu turnirdə ölkəmizi təmsil edəcək "Qarabağ" kimi mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq.

Xəbər xətti