"Bunu normal qarşılayırıq"
"Bir neçə oyun idi ki, yaxşı oynamırdıq. "Kəpəz"i gözəl oyuna görə, öz komandamı isə ikinci yer tutduğuna görə təbrik edirəm. Yeni mövsümə daha ciddi hazırlaşacağıq".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Zirə"nin futbolçusu Elvin Məmmədov deyib.
"Qartallar"ın üzvü Avropa Liqasında çıxış edə bilməyəcəkləri ilə bağlı sualı belə cavablandırıb:
"Uşaqların əziyyətinə görə üzülürəm. Nə etmək olar? UEFA-nın öz qanunları var. Bunu normal qarşılayırıq".
saytlarin hazirlanmasi