"Ola bilər ki, yenidən “Neftçi”də çıxış edəcəm"
“Neftçi”nin braziliyalı müdafiəçisi Aylton Silva mövsüm başa çatdıqdan sonra Braziliyaya geri dönəcək.
Sportal.az xəbər verir ki, müqavilə ilə “Fluminense” klubuna məxsus olan “sambaçı” vətəninə qayıtmaq məcburiyyətindədir. O, bununla bağlı ölkəsinin mətbuatına açıqlama verib. Aylton Bakı klubuna minnətdarlığını bildirib:
“Azərbaycan klubuna minnətdaram. Mənə oynamaq üçün imkan yaratdı. Amma “Fluminense” ilə 2017-ci ilə qədər müqaviləm var. Ona görə, geri dönməliyəm. Ola bilər ki, yenidən “Neftçi”də çıxış edəcəm. Amma bunun üçün klubum icazə verməlidir. Mən gənc futbolçuyam. “Neftçi” mənim üçün yaxşı təcrübə oldu. Burada peşəkar kimi çox şey öyrəndim və yetkinləşdim. “Fluminense” böyük komandadır. Orada əla məşqçi var. İstəyirəm ki, vətənimdə oynayam və rəqabətə davamlı olam”.
saytlarin hazirlanmasi