Robert Prosineçki: "Mən işimi vicdanla yerinə yetirməliyəm"

11:33 - 17 May 2016

"Xorvatiya yığmasını təqib etmirəm"
 
Sportal.az xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki ölkəsinin mətbuatına açıqlama verib.
 
O, Xorvatiya milisinin "AVRO-2016" üçün heyətindəki oyunçuların onun üçün gözlənilməz olmadığını söyləyib:
 
"Mən işimi vicdanla yerinə yetirməliyəm. Xorvatiya yığmasını təqib etmirəm. Çünki hazırda Azərbaycan millisini daha çox düşünürəm və Andorra ilə matçı fikirləşirəm. Xorvatiya millisinə gəlincə, heyət sürpriz deyil. Lazım olan oyuçular ordadır. Onsuz da Fransada kimlərin oynayacağını da bilirik".
 
Xorvatiyalı mütəxəssis  Çempionlar Liqasının final oyunu barədə də danışıb:
 
"Atletiko" güclü komandadadır. Mən bu komandanı finala çıxardan baş məşqçisi Dieqo Simeonenin qarşısında baş əyirəm. Onlar "Barselona" və "Bavariya"nı mübarizədən kənarlaşdırıb. Ancaq "Real"ın yüksək səviyyəli bir çox oyunçusu var.  "Real" həmişə "Real"dır. Bu səbəbdən də onların 11-ci dəfə Çempionlar Liqasının qalibi olacağını gözləyirəm".

Xəbər xətti