"Sumqayıt"ın futbolçusu hakimi təhqir etdiyi üçün cəzalandı

14:20 - 17 May 2016

İntizam Komitəsinin qərarları
 
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sportal.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasında çıxış edən əvəzedici komandaların 34 və 35-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
Əvəzedici heyətlərin 34-cü turunun “Qarabağ” – “Qəbələ” matçında “Qəbələ” klubunun 2 №-li futbolçusu Sahil Mirzəyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.
 
Əvəzedici heyətlərin 34-cü turunun “Kəpəz” – “Neftçi” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
 
Əvəzedici heyətlərin 34-cü turunun “Sumqayıt” – “Rəvan” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur 
 
Əvəzedici heyətlərin 35-ci turunun “Xəzər Lənkəran” – “Sumqayıt” matçında “Xəzər Lənkəran” və “Sumqayıt” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur.
 
Oyunun 34-cü dəqiqəsində “Sumqayıt” klubunun 23 №-li futbolçusu İlqar Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur.

Xəbər xətti