Futbolçunun özü bu haqda məlumat verib
"Arsenal"ın yarımmüdafiəçisi Mikel Arteta futbolçu karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, bu barədə 34 yaşlı oyunçunun özü məlumat verib. O, bundan sonra məşqçi kimi çalışacağını deyib. M.Arteta artıq bununla bağlı üç klubdan təklif aldığını da bildirib.
Qeyd edək ki, M.Arteta futbolçu karyerası ərzində "Barselona", PSJ, "Reyncers", "Real Sosyedad", "Everton", "Arsenal" klublarında çıxış edib.
saytlarin hazirlanmasi