MŞ münasibət bildirib
Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Sportal.az xəbər verir ki, iclasda "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun anasının MŞ-yə müraciətinə münasibət bildirilib.
Qeyd olunub ki, C.Hüseynov haqqında bir sıra kütləvi informasiya vasitələrinin təqdim etdiyi yazılar ailənin əlavə mənəvi-psixoloji sarsıntılara məruz qalmasına səbəb olur. Komissiya C.Hüseynovun anasının müraciətində həmin tipli məlumatların bu ailəyə sarsıntılar yaşatdığını, faciə ilə üzləşən digər tərəfin də hislərinin nəzərə alınmasını vacib hesab edib. (Report)
saytlarin hazirlanmasi