Mladost çempion oldu
Çernoqriya I Liqasında 2015/16 mövsümünün qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Mladost" klubu çempionatın qızıl medallarına yiyələnib. Podqoritsa təmsilçisi 31-ci turda səfərdə "Buduçnost"u 2:1 hesabı ilə məğlub edərək sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.
Əlavə edək ki, 2016/2017 mövsümündə Monteneqronu Çempionlar Liqasında təmsil edəcək "Mladost" mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Bu komanda Azərbaycan çempionu "Qarabağ"ın potensial rəqibləri sırasında yer alacaq.
Xatırladaq ki, ötən mövsüm Avropa Liqasının birinci təsnifat mərhələsində "Mladost" "Neftçi" ilə səfərdə 2:2, evdə 1:1 hesablı heç-heçəyə razılaşmışdı. Məhz səfərdə daha çox qol vurması sayəsində mərhələ adlayan tərəf Çernoqoriya təmsilçisi olmuşdu.
saytlarin hazirlanmasi